Ər və arvad dəm qazından zəhərlənib

Ər və arvad dəm qazından zəhərlənib
Hadisə 34

Gəncədə zəhərlənmə qeydə alınıb.

BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Son xəbərlər