Emin Ağalarov Rüstəm İbrahimbəyovun dəfnində - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Emin Ağalarov Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun dəfn mərasimində iştirak edib.
BAKU.WS xəbər verir ki, sənətçi Xalq yazıçısının vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:
"Dahi Rüstəm İbrahimbəyov dünyasını dəyişdi. Biz onu daim xatırlayacağıq. O, dünya kino mədəniyyətinə inanılmaz töhfələr verib. Xalq yazıçısı Azərbaycanı çox sevirdi. Mən onu uşaqlıqdan tanıyırdım".
Daha sonra Emin Ağalarov mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov Birinci Fəxri Xiyabanda dəfn olunub.
Qalereya
Oxşar xəbərlər
Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir. Mərhumun birinci həyat yold...