Əməkdar artist xəstəxanaya yerləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində bildirilib.
Aparıcı Elgiz Əkbər qeyd edib ki, ötən gün aktyorun vəziyyəti pisləşib burnundan qan açılıb. Veriliş zamanı Əməkdar artistin yerləşdirildiyi xəstəxana ilə canlı bağlantı edilib.
Rəhman Rəhmanov pisləşən səhhətindən danışıb.
"Bu yaşıma qədər qanaxma nədir bilməmişəm. Amma 4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi. Özü də sel kimi. Təcili yardıma müraciət etdim. Gecəyarı idi, xəstəxanaya apardılar. Orada müalicə etdilər. Qanaxma dayandı. Lakin evə gəldim, qanaxma yenidən başladı. Sonra başqa bir həkimə müraciət etdim. İndi qanaxmam dayanıb" - deyə aktyor bildirib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...