Əməkdar müəllim Nadir Hüseynov QƏZADA ÖLÜB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi əməkdar müəllim Nadir Hüseynovun ölüm səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, mərkəzdən Oxu.Az-a verilən məlumatda bildirilib ki, dekabrın 14-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar müəllim Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
*** 13:27
Bədii qiraət ustası və professor Nadir Hüseynov 73 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Nadir Qəribağa oğlu Hüseynov 25 aprel 1952-ci ildə Salyan rayonunun (indiki Neftçala rayonu) Qırmızıkənd kəndində anadan olub.
Oxşar xəbərlər
2025-ci ildə ən yüksək məbləğdə sığorta ödənişi nə qədər olub? - RƏSMİ CAVAB
Avtomobil qəzaları zamanı ödənilən sığorta və kompensasiya məbləğləri cəmiyyət üçün hər zaman maraq doğuran mövzulardan biri olub. BAKU.WS xəbər verir ki, xüsus...