Elmar Məmmədyarova ağır itki

Elmar Məmmədyarova ağır itki
Hadisə 7198

Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yer alıb.

“Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun anası, İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı XİN rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı bildiririk.

Allah rəhmət eləsin!” - deyə məlumatda qeyd olunub.

Yaxınlarının “unikal.org”a verdiyi məlumata görə, sabiq nazirin anası İzida İbrahimbəyova bu gün 90 yaşında dünyasını dəyişib. Mərhum Bakıda dəfn ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər