"Əllərini yumaq istədi, həyatından oldu" - 14 yaşlı məktəblinin faciəli sonu
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 11-də Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində bədbəxt hadisə baş verib. Şirvan Suvarma kanalının kənddən keçən hissəsində 14 yaşlı yeniyetmə suya düşərək boğulub.
Məlumata görə, Qoşaqovaq kənd sakini olan yeniyetmə kanalın kənarına enib. Bu zaman o, müvazinətini itirərək suya yıxılıb.
"Kanala yaxınlaşıb ki, əlini yusun, amma ayağı sürüşüb, suya yıxılıb. Yaxınlıqda olan vətəndaşlar kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb. Yeniyetmə 14 yaşında idi, 9-cu sinifdə oxuyurdu" , - deyə mərhumun qohumu bildirib.
Yeniyetmənin meyiti dekabrın 12-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...