Elinanın ölümü haqda ŞOK: Qanını yuyub direktorun otağına aparıblar (AUDİO)
11
apr
2019
16:02
Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.
Elina Hacıyevanın anası Sevil Hüseynova BAKU.WS-ə bildirib ki, qızı həmin gün saat 09:30 radələrində özünü pəncərədən atıb. Şagirdin intihara cəhd anın məktəbin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə də hadisənin 09:37-də baş verdiyi görünür.Hadisə yerinə Təcili tibbi yardım briqadası saat 11:06-da çağırılıb və bundan 6 dəqiqə sonra, yəni 11:12-də həkimlər məktəbdə olublar.Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Elina təcili tibbi yardım maşını ilə saat 11:36-da xəstəxanaya çatdırılıb. Yəni qızcığaz özünü pəncərədən atdıqdan 1 saat 59 dəqiqə sonra.Elinanın ən yaxın rəfiqəsi, 9-cu sinif şagirdi Züleyxa Şirinova da deyilənləri təsdiq edir. “Hadisə 2-ci dərsdən sonrakı tənəffüs fasiləsində təxminən saat 09:30-da baş verib. Elina özünü atdıqdan sonra direktor göstəriş verib ki, Elinanın qanını yerdən yusunlar. Bundan sonra qızı direktor otağına apararaq sorğu-suala tutublar. Həmin anı kameraya çəkiblər. Elinanın bədənindən qanı da təmizlədilər. Təcili yardım isə təxminən saat 12-də çağırıldı”, - deyə Züleyxa Şirinova bildirib. BAKU.WS
Oxşar xəbərlər
Nigar Camal Elina üçün prezidentə MÜRACİƏT etdi - VİDEO
"Eurovision" qalibi Nigar Camal Elina üçün dövlət başçısına müraciət edib.BAKU.WS xəbər verir ki, 14 yaşlı məktəblinin ölümünə biganə qala bilməyən müğənni prez...