Əli Əliyevlə bağlı məhkəmədən YENİ QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxılıb, şikayət təmin edilməyib.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-yə məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.
Oxşar xəbərlər
Əli Əliyev barəsində növbəti dəfə cinayət işi başlandı
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən cinayət işi başlanıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, partiya sədri barəsində növbəti...