Eldar Sultanovun bacısı oğlu qəzada öldü
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi "Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Məlumata görə, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.
Allah rəhmət eləsin!
BAKU.WS
Oxşar xəbərlər
DİN yığma komandamızın keçmiş üzvünün qəzada ölməsi ilə bağlı RƏSMİ məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) velosipedçilərin vurulması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. BAKU.WS nazirliyin saytına xəbər verir ki, avqustun 8-də saat 2...