Eldar Həsənovun məhkəməsi başlayıb - FOTO
Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasda cinayət işi baxışa verilib.
Qeyd edək ki, əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyib. Eldar Həsənov vəsatətə etiraz etməyib. Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturdulması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Cəlil Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxsin istintaq zamanı hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanış etmə hüququ pozulub. O, işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini xahiş edib.
Qalereya
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...