Saxta elan yerləşdirən şəxs saxlanıldı - VİDEO
05
okt
2022
17:00
Daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq “beh” alan 1989-cu il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir.
Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.
Oxşar xəbərlər
Bakıda hər gün 3 tələbəni aldadan şəxs - Diqqətli olun - VİDEO
Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib. Daşınmaz ə...