Əkiz bacılar qəzaya düşdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada piyadaların xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-nın cənub bürosunun verdiyi xəbərə istinadən xəbər verir ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb.
Qəza nəticəsində əkiz bacılar - Astara rayon sakinləri 2006-cı il təvəllüdlü Zəhra və Fatimə Zamiq qızı Bayramovaları xəsarət alıblar. Xəsarət alanlar təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....