Əhali çaş-baş qalıb: Biri parkinqə icazə verir, digəri qadağan edir - FOTO
10
sen
2019
11:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Azadlıq prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində dayanma-durma nişanı olmayan ərazilərdə sürücülər cərimələnir. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Samir Mirzə öz Facebook səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi (BNA) böyük marketlərin qarşısında səkilərin cibcik formasına salınmasına baxmayaraq, şaquli maşın saxlamağa icazə vermir. Yalnız bordürə paralel şəkildə dayanmağı təklif edir. Maşında sürücü əyləşibsə belə, xəbəri olmadan şəkli çəkilir. Ərazinin Samir adlı parkinq nəzarətçisi deyir ki, hər gününə 10 manat İcra Hakimiyyətinə qeyri-rəsmi ödəniş edir. Yəni bir dövlət qurumu orada parkinqə icazə verir, digəri isə qadağan edir.
Qalereya
Oxşar xəbərlər
Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.BAK...