Dünyanın məşhur alimi Stiven Hokinq dünyasını dəyişdi
14
mar
2018
09:34
Dünyanın ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olan Stiven Hokinq 76 yaşında dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, hələ 21 yaşında olarkən Stivendə iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü biruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.Ağır xəstəliyə baxmayaraq, Xokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir. Bu gün elmin yaxın gələcəkdəki inkişafı müəyyən dərəcədə məhz – fiziki cəhətdən məhdudiyyətləri olan və köməyə ehtiyac duyan bu insandan asılıdır. Hazırda tamamilə hərəkət qabiliyyətini itirən Stiven Xokinq bu gün miqyasını görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.Bundan əlavə, Hokinq bir neçə dəfə "Simpsonlar" və "Futurama" kimi multiseriallarda öz rollarını səsləndirmişdir.Hal-hazırda Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tutur.Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Əsas nailiyyətləri:qara dəliklərin təsvirində termodinamikanın tədbiqisübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".21 iyul 2004–cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunu həllinə dair öz fikrini irəli sürür.Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Xokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Xokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.Hokinq nəzəriyyəsiBu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə kainat genişlənməkdə davam edir. Nəzəriyyənin əsas tərəfdarlarından biri olan S.Hokinq idi. O, tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirmişdir. Onun fikrinə görə dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. Belə ki, biz fincanın stolun üstündən düşüb sınmasını görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığının görməmişdir. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"-ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.YadplanetlilərStiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləyir. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz vardır. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmindir. Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcəkdir.Elmi məşhurlaşdırmasıHokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Giriş hissədə yazırdı:Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunur. 2005-ci ildə "Zamanın qısa tarixi" kitabının yeni nəşri "Zamanın ən qısa tarixi" işıq üzü görür.BAKU.WS
Oxşar xəbərlər
Hokinq bəşəriyyətin məhv olacağı vaxtı açıqladı
Britaniyalı alim Stiven Hokinq bəyan edib ki, bəşəriyyət 2600-cü ilə qədər məhv olacaq.BAKU.WS Oxu.Az-a istinadən məlumat verir ki, fizik Pekində keçirilən Tenc...