Dünya çempionunu öldürən Anardan YENİ XƏBƏR
20
sen
2017
15:27
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək.Bu barədə “Report” xəbər verir.“Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır”, – bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.Xatırladaq ki, dünən axtarışda olan A.Allahverənov könüllü hüquq-mühafizə orqanlarına təslim olub.A.Allahverənov dava zamanı Draçovun öldürülməsində ittiham olunur. Hadisə avqustun 20-də Xabarovskda kafelərdən birində baş verib. Gənc oğlan hadisədən dərhal sonra qaçıb və beynəlxalq axtarışa verilib. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Rusiyada dünya çempionunu bir neçə zərbəyə öldürən Anar Allahverənov təslim oldu (VİDEO)
Rusiyada ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov hüquq-mühafizə orqanlarına təslim olub. BAK...