Dünən restoranda həyatını itirən Cavidan Muradlı dəfn olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Binəqədidə faciəli şəkildə həyatını itirən dörd ofisiantdan biri - Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib.
Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.
Xatırladaq ki, noyabrın 21-i Biləcəridə "Lake Hotel" restoranının yaxınlığında oranın dörd əməkdaşı - Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov faciəli hadisə nəticəsində həyatlarını itiriblər.
Qalereya
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...