DTX tərəfindən 4 Masallı sakini saxlanılıb

DTX tərəfindən 4 Masallı sakini saxlanılıb
Hadisə 3489
Xarici valyutanı Azərbaycandan qaçaqmalçıIıq yolu ilə daşıyan şəxslər saxlanılıb.Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Şöbəsindən verilən məlumata görə, DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri – Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.Keçirilmiş baxışlar nəticəsində onlardan 71 500 ABŞ dolları, 6500 rubl və 4361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda casus şəbəkə ifşa olundu - ADLAR AÇIQLANDI

Azərbaycanda casus şəbəkə ifşa olundu - ADLAR AÇIQLANDI

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbayca...

4708 Siyasət 12:48 19 iyul 2017

Son xəbərlər