DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən bununla bağlı verilən vəsatətə baxılıb.
Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı
Bakıda televiziya əməkdaşlarına hücum edən şəxslərlə bağlı polis tədbir görüb. Hadisədə iştirak edən bir neçə nəfər saxlanılıb. BAKU.WS xəbər verir ki, faktla b...