DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.
Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.
Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib.
Məlumatı sabiq icra başçısının vəkili Elvin Əliyev də təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib.
Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.
Oxşar xəbərlər
Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi idman zalında öldü
Azərbaycanda 41 yaşlı vəzifəli şəxs qəfildən vəfat edib. BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib....