DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə verilib.
Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Bu gün Prezident İlham Əliyevin Sərəncamına əsasən o, Qax rayon icra başçısı vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Ci...
