Qax icra başçısı ilə birgə saxlanılan vəzifəlilərdən bəzilərinin ADLARI

Qax icra başçısı ilə birgə saxlanılan vəzifəlilərdən bəzilərinin ADLARI
Hadisə 1176

Qax Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin bəzilərinin adları məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, icra başçısının birinci müavini Elbrus Tağıyev, başçının köməkçisi Cəlil Cəlilov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rahib Nəzirli, Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov, icra başçısının sürücüsü Kamran Orucov və digər vəzifəli şəxslər saxlanılıblar.

*** 15:31

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.

Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.

*** 14:57

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

BAKU.WS News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

Son xəbərlər