DSX: "Füzulidə sərhəd zastavasında 2 nəfər saxlanılıb"

DSX: Füzulidə sərhəd zastavasında 2 nəfər saxlanılıb
Hadisə 56

Füzulidə 6 kiloqramdan artıq narkotik aşkarlanıb, saxlanılanlar var.

Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 28-də saat 21:15-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılmışlar.

Saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər