DİQQƏT! Bakıda özünü məmur kimi təqdim edib pul yığan fırıldaqçını tanıyın (VİDEO)

DİQQƏT! Bakıda özünü məmur kimi təqdim edib pul yığan fırıldaqçını tanıyın (VİDEO)
Video
Hadisə 10494
Bakının Xətai metrosu yaxınlığında mağazada dələduzluq hadisəsi baş verib. BAKU.WS-ə müraciə edən “KidSmart “ uşaq mağazasının sahibi Gündüz Nəcəfquliyev bildirir ki, ötən gün saat 12:51-də mağazasına daxil olan şəxs kassada əyləşən işçini aldadıb. Mağaza sahibinin sözlərinə görə, özünü məmur kimi təqdim edən şəxs kassa üçün lisenziya ödənişi tələb olunduğunu bildirib. Kassada əyləşən xanım bu barədə məlumatı olmadığını bildirib. Həmin şəxs isə guya mağaza sahibinə zəng edib və başqa biri ilə danışaraq ödənişlə bağlı razılıq alıb. Kassiri inandıran şəxs 92 AZN pulu aldıqdan sonra mağazadan çıxıb və ərazidən uzaqlaşıb. Mağaza sahibi Gündüz Nəcəfquliyev məsələni araşdırdığını və bu cür hadisələrin başqa mağazalarda da bir neçə dəfə təkrarlandığını bildirib. "Bu şəxs və bununla əlbir olanlar yeni mağazaları hədəf seçir. Çünki mən dövlət kassasını 19.01.2018 tarixində quraşdırmışam. 2 gündən sonra isə bu şəxs peyda olub. Mən yeganə zərərçəkmiş deyiləm. Belə hadisələr tez tez olur. Kassa aparatını quraşdırandan sonra dələduzlar mağazaya gəlib pul tələb edir. Hadisənin görüntülərini təqdim edirik: Nazim BAKU.WS

Son xəbərlər