DQ-da hərbçinin əsgəri döyməsinin əks olunduğu görüntü ilə bağlı AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili Qoşunların hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
Qurum rəsmisi bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarında xidmətdən xaric edilib:
“Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”, - deyə E.Zahidov qeyd edib.
Oxşar xəbərlər
Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO
Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbu...