Döyülən gəlinin atası işə qarışdı - VİDEO

Döyülən gəlinin atası işə qarışdı - VİDEO
Video
Hadisə 1819

Xəzər.Tv-də Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişində Lənkəranda qayınanası tərəfindən döyülən gəlinlə telefon əlaqəsi yaradılıb.

BAKU.WS xəbər verir ki, canlı bağlantıya qoşulan 31 yaşlı Rəmziyyə Qurbanova qayınanasının tərəfini saxlayıb. O, evi təmizləmədiyi üçün döyüldüyünü deyib.

R.Qurbanova həmçinin qayınanasının xəstə olduğunu, məsələ ilə bağlı atasının işə qarışdığını bildirib: "Atam ailəmi dağıtmamağı və xoşbəxt olmağa çalışmağı məsləhət gördü".

Qeyd edək ki, sosial şəbəkələrdə qadının gəlinini döyməsi faktı ilə bağlı videogörüntülər yayılıb. Hadisə bir neçə gün öncə Lənkəran rayonu Yuxarı Nüvədi kəndindən baş verib.

75 yaşlı qayınana Girdənaz Qurbanova gəlini 31 yaşlı Rəmziyyə Qurbanovanı döyüb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, kənd sakini 75 yaşlı Qurbanova Girdənazın 31 yaşlı gəlinini döyməsilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər