Döyüb pulunu, sənəd və cüzdanını taladılar: Polis onları saxladı
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Xəzər Ələsgərov, Ağstafa rayon sakini Nicat Kərimov, Bərdə rayon sakini Vüqar İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı və Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...