Dövlət vəsaitlərini mənimsəyən vəzifəli şəxslərə cinayət işi açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb
Araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
DTX Gömrük Komitəsindəki əməliyyat haqda MƏLUMAT YAYDI
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat ya...