Dövlət torpağını satan bələdiyyə sədri barəsində cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayon Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini təmin edərək, imzalayıb təsdiqləməklə ayrı-ayrı şəxslərə bələdiyyə mülkiyyətində olan torpaqları satmasına və ya icarəyə verməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədi ilə rəsmi sənəd hesab olunan məxaric xəzinə orderini tərtib edərək imza etməklə sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Toplanmış sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Pərinaz Məmmədli isə 313-cü maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.
Oxşar xəbərlər
Dövlətin kəndlilərə ayırdığı milyonlarla manatı oğurlayıb qaçdı, Dubayda tutuldu
Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, fəaliyyəti dayandırılmış ”Röyal Bank”ın...