Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Hadisə 24

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri, geyimlər, tekstil və kosmetik vasitələr, elektronika, inşaat və məişət malları, təsərrüfat avadanlıqları, kənd təsərrüfatı məhsulları və tibbi ləvazimatlar yer alır.

806 ədəd avtomobil ehtiyat hissəsi 67 min 596.92 manat, geyimlər, tekstil və kosmetik vasitələr kateqoriyasında 5745 ədəd mal 200 min 844.95 manat, elektronika, inşaat, məişət malları və təsərrüfat avadanlıqları üzrə 5699 ədəd məhsulun start qiyməti 21 min 865.08 manat, beş ədəd kənd təsərrüfatı məhsulu 7 min 385.53 manat və 996 ədəd tibbi ləvazimat 44 min 817.13 manat start qiyməti ilə satışa çıxarılacaq.

Mallara baxış hər həftənin cümə axşamı saat 14:00-17:00 aralığında mümkündür. Mallar "Azərterminalkompleks" birliyinin anbarında yerləşir.

Son xəbərlər