Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib: "Bu barədə əlavə məlumat veriləcək".
***15.29
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də baş tutub.
Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.
Hazırda “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...