Dostunu bıçaqlayan şəxs: "Adamı belə öldürərlər ki?"

Dostunu bıçaqlayan şəxs: Adamı belə öldürərlər ki?
Hadisə 41

Bakı Ağır Cinayətlər Məhkəməsində Teymur Qulubəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesə T.Qulubəyov onlayn qoşulub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən T.Qulubəyov özünü təqsirli bilmədiyini deyib:

"Bu adam mənimlə duz-çörək kəsib. Adamı belə öldürərlər ki? Mən onu öldürmək niyyətində olmamışam, istəsəydim, öldürərdim".

Zərərçəkən Əlövsət Səfərov həmin gün Qulubəyovla birlikdə yemək yediklərini deyib:

"Birlikdə oturub yeyib-içirdik. O, birdən özündən çıxdı və stolun üstündəki bıçağı götürüb üstümə cumdu. Kəsdiyimiz duz-çörəyin xatirinə mən onun həbs olunmasını istəmirəm. Onun həbs olunmadan cəzalandırılmasını istəyirəm".

Növbəti məhkəmə prosesi 10 dekabr saat 12:00-a təyin edilib.

Xatırladaq ki, 2024-cü il oktyabrın 12-də saat 18 radələrində Bakının Yasamal rayonu ərazisində 1960-cı il təvəllüdlü Əlövsət Səfərova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1967-ci il təvəllüdlü Teymur Qulubəyov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsi (qəsdən sağlamlığa ağır zərərvurma) ilə ittiham irəli sürülüb.

Son xəbərlər