Dostları ilə birgə qohumunu soyan qız: “100 min pulun 5 minini qıza verəcəkdik” – VİDEO
17
may
2018
15:14
Bakıda quldurluq və silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib.ARB TV xəbər verir ki, Suraxanı rayon sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.Qeyd edilən ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Daha sonra dəstə üzvlərindən ikisi sürücünün yanında qalıb, digər şəxs isə zərərçəkənin evinə yollanaraq seyfdə olan 6000 manat pulu ələ keçirib.Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Gözəlova, Şəms Məmmədov, həmçinin Masallı rayon sakinləri Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova saxlanılıblar.Qeyd edək ki, taksi sürücüsündə pul olması barədə dəstə üzvü Ş.Məmmədova zərərçəkənin qohumu S.Gözəlova məlumat verib. Ş.Məmmədov isə öz növbəsində digər saxlanılanlarla birlikdə qurduqları plana uyğun olaraq qeyd edilən cinayəti həyata keçiriblər.Aysel Məmmədova (saxlanılan şəxs): “Samirə dedi ki, belə bir adam var, heç kimi də yoxdur. Bir qız seyfi görüb və seyfdə 100 min pul var. 5 mini qıza verək, qalan pulu da bölək. Kişini bizə göstərdilər. Mən oturdum dayanacaqda, bunlar gedib kişiyə baxıb, tanıdılar. Gələndə minib maşına, Türkana sürməyini istədik”.Türkan qəsəbəsində taksi sürücüsünün yanında E.Kazımov və A.Məmmədova qalıb, S.Həşimov isə mənzilin açarlarını götürərək zərərçəkənin evinə yollanıb və oradakı seyfdən 6000 manat pul oğurlayıb.Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədilə daxil olduqları və həmin mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.BAKU.WS
Oxşar xəbərlər
Taksi sürücüsünü 19 manata görə vəhşicəsinə öldürənlərin görüntüləri yayıldı FOTO
Ölkənin daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Sumqayıt şəhərində baş v...