Doğum xəstəxanasında infeksiya faciəsində 9 körpə öldü
Rusiyanın Kemerovo vilayətində doğum evində baş verən infeksiya hadisəsi nəticəsində 9 körpə həyatını itirib.
BAKU.WS xəbər verir ki, hadisə Novokuznetsk şəhərində yerləşən doğum xəstəxanasında qeydə alınıb. Kemerovo vilayəti Səhiyyə Nazirliyinin məlumatına görə, 1 dekabr – 11 yanvar tarixləri arasında bu tibb müəssisəsində dünyaya gələn 17 körpənin vəziyyəti kritik olub.
Açıqlamada bildirilir ki, körpələrdə infeksiya aşkarlanıb və onlardan 9-u bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Hadisə ilə əlaqədar olaraq doğum xəstəxanasının fəaliyyəti sanitar-gigiyenik və epidemioloji vəziyyətə görə müvəqqəti dayandırılıb, müəssisədə yoxlamalara başlanılıb.
Rusiya İstintaq Komitəsi də faktla bağlı araşdırma başladıldığını açıqlayıb.
Oxşar xəbərlər
74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb
Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da Cağacuq kəndində baş verib. K...