DNİK dərnəyinin üzvü: Təşkilat tezliklə dağılacaq
29
avq
2019
18:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.BAKU.WS xəbər verir ki, M.Əhmədli bəyanatında qeyd edib:"Təşkilata həmin adın qoyulmasına ilk gündən etiraz etmişəm. Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam".İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M.Əhmədli təşkilatın çox davam etməyərək tezliklə dağılacağını bildirib.M.Əhmədli avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə özünü ALÖV (Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti) partiyasının təsisçisi və sədri Rza Səfərsoy kimi təqdim edən şəxs müxtəlif məzmunlu paylaşımlar edərək, həmin təşkilatı təsis edərək insanları qanunsuz etiraz aksiyaları təşkil etməklə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edib.
Oxşar xəbərlər
Tofiq Yaqubluya xəbərdarlıq edildi
Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub.BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokuro...