DİN və DTX Laçında birgə əməliyyat keçirdi - FOTO
21
iyl
2023
09:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Laçında 2 tondan artıq çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən, ümumilikdə çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Zəngilanda aşkarlanan 3 tondan çox çətənə bitkiləri yandırılaraq məhv edilib - FOTO
Zəngilanın Bürünlü kəndində aşkarlanan 3 tondan çox çətənə bitkisi yandırılaraq məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupund...