DİN Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda dünən baş verən qətl barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə fevralın 9-da saat 10 radələrində 18-ci mikrorayon ev 1-in qarşısında orada yaşayan, əvvəllər məhkum olunmuş 45 yaşlı Nazim Məmmədovun üzərində bıçaq xəsarətləri olan meyitinin tapılması barədə məlumat daxil olub. Şəhərin polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Bakıda baş verən dəhşətli qətl - sərxoş halda yataq otağına girib... - VİDEO
2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib. BAKU.WS BAKU.TV-yə istinadən xə...