DİN rəis müavininin vətəndaşı döyməsi iddiasına münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Balakən rayon sakininin Rayon Polis Şöbəsinin rəis müavini tərəfindən döyülməsi iddialarına münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat xidmətindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, Balakən rayon sakininin iddiaları əsassızdır:
"Aparılan araşdırmalara müəyyən olunub ki, Asif Paradov polis tərəfindən tibbi maskadan istifadə etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunaraq barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.
Bununla razılaşmayan vətəndaş tərtib olunan protokolun ləğv olunmayacağı təqdirdə polis əməkdaşlarına şər atacağını, barələrində sosial şəbəkələrdə məlumatlar yayacağını bildirib.
Qeyd olunan hallarla bağlı rayon prokurorluğuna da şikayət edən vətəndaşın iddiları araşdırmalarla təsdiqini tapmayıb".
Oxşar xəbərlər
DİN avtobus qaçıran şəxsin polis idarəsində döyülməsi ilə bağlı iddialara cavab verib
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı y...