DİN: Qazaxda mal-qaranın oğurlanması araşdırılır - VİDEO

DİN: Qazaxda mal-qaranın oğurlanması araşdırılır - VİDEO
Video
Hadisə 218

Qazax rayonunda 63 yaşlı qanının mal-qarası oğurlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Yayılan videogörüntülərin Qazax rayonu Aslanbəyli kəndində çəkildiyi qeyd olunub. Yaşlı qadın dolanışığını təmin etdiyi mal-qarasının, 14 iribuynuzlu heyvanının oğurlandığını deyib.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, məsələ araşdırılır: “Sözügedən məsələ ilə bağlı Qazax Rayon Polis Bölməsində araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər