DİN “Metro Park”da bomba həyacanı ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) "Metro Park” ticarət mərkəzində yalandan "bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, iyunun 11-də saat 14:42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Sərhədçi İdman Kompleksi"ndə bomba həyəcanı-14 yaşlı uşaq...
Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verən şəxs tutulub. BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-də saat 12.4...