"13 dəqiqəyə "20 yanvar" partlayacaq" deyib həbs olundu

13 dəqiqəyə 20 yanvar partlayacaq deyib həbs olundu
Hadisə 4503

Bakıda metrosunda bomba həyəcanı yaşanıb.

BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib. Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

İlyas Quliyev

BAKU.WS

Son xəbərlər