DİN Masallıda baş həkimin mağazadan oğurluq etməsi barədə məlumatları araşdırır - VİDEO

DİN Masallıda baş həkimin mağazadan oğurluq etməsi barədə məlumatları araşdırır - VİDEO
Video
Hadisə 231

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır.

BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin mağazadan Masallı rayon polis şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb:

"Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır".

Son xəbərlər