DİN Kürdəmirdə 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.
Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Na...