DİN-dən müraciət! “Şəkildəki qızı görənlərdən xahiş olunur…” - FOTO

Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan 17 yaşlı Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib.
Onun əlamətləri belədir: Boyu 170 sm, orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.
Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.
Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda 13 yaşlı oğlan itib - FOTO
Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha g...
