DİN ana ilə oğlunun vəhşicəsinə öldürülməsilə bağlı açıqlama yaydı (VİDEO)
Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş dəhşətli qətl ilə bağlı məlumat yayıb.
BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün Bakı şəhər sakinləri Janna Məhərrəmovanın və oğlu Aleksandr Məhərrəmovun küt alətlə qətlə yetirilmiş meyitləri Nərimanov rayonunun Hacı Məmmədov küçəsindəki mənzillərində tapılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Aleksandr Gennadiyeviç Məhərrəmov Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra sahibkarlıqla məşğul olub. "Biznes Dialoq" klubuna rəhbərlik edən Aleksandr Məhərrəmov ölkənin tanınmış biznes təlimçilərindən və marketoloqlarından biri olub.
Ziya Babayev BAKU.WSOxşar xəbərlər
Bakıda ana ilə oğlunu vəhşicəsinə qətlə yetirdilər (FOTO)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənif...