DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar araşdırılır.
“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Musatafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...