Direktor hüquqşünası məhkəməyə verdi - Kollecdə QALMAQAL
Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva məhkəməyə üz tutub.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, o, kollecin hüquqşünası Aynurə Muradovanı məhkəməyə verib.
Kollecin direktoru Aynurə Muradovanın digər əməkdaşlarla münaqişə yaratdığını, etik qaydalara uyğun olmayan davranışları ilə kollecin normal iş prosesinə xələl gətirdiyini bildirib.
Sevinc Həmzəyeva qeyd edib ki, hüquqşünas onun barəsində müxtəlif qurumlara böhtan xarakterli ərizə və məktublar ünvanlayıb, sosial şəbəkədə özü və kollec barədə yalan məlumatlar yayıb.
Direktor Ağdam Rayon Məhkəməsindən Aynurə Muradovanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması ilə bağlı ittiham hökmünün çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Ancaq məhkəmədə şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edib və xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: "Yana-yana çənlərə tərəf qaçıb"
Bakıda bacısının keçmiş ərini yandırmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər v...