DİN-in polkovniki qəfil vəfat etdi
Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı, təqaüdə olan polis polkovniki Şəhriyar Cəfərov 58 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları bildirib.
Ş.Cəfərov ürəyində yaranan trombdan qəfil dünyasını dəyişib. Əvvəllər onun səhhətində heç bir problem olmayıb.
Mərhum Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Şəhriyar Əliş oğlu Cəfərov 1968-ci il martın 7-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Tatarlı kəndindəndir.
O, 20 ildən çox daxili işlər orqanlarında çalıb. Bir ay əvvəl təqaüdə çıxıb.
Ş.Cəfərovun iki övladı var. Biri Azərbaycan Tibb Universitetini bitirib. Digər isə ADA Universitetində təhsil alır.
Ş.Cəfərovun atası Əliş Cəfərov vaxtilə Sumqayıt Boru-Prokat Zavodunun direktoru işləyib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
Martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin nazirlik...