DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi qulluq edilərək yetişdirdiyi 62 ədəd narkotik tərkibli kol aşkarlanıb.
Bundan başqa, rayon ərazisində keçirilən digər tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...