DƏHŞƏTLİ QƏZA: Bakıda keçmiş nazir adam vurdu, digər maşın üstündən keçdi
16
sen
2017
12:19
Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.Polis faktla bağlı araşdırma aparır.Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.BAKU.WS
Oxşar xəbərlər
Oğlu "Porsche" ilə piyadanın üstündən keçən polis rəisi haqqında araşdırma başladı (VİDEO)
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. APA TV-nin məlumatına görə, iyulun 19-da Sabunçu rayonu ərazis...