"Dərnəgül"də taxta bazarında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Dərnəgül taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 140 kvadratmetr sahədə taxta altlıqlar, iki ədəd dəzgah, 6 kvadratmetr sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6 kvadratmetr sahədə satış köşkü yanıb.
Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.
Oxşar xəbərlər
16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI: Polis hərəkətə keçdi
Sığınacaqda heç kimə xəbər etmədən sevgilisi ilə gedən 16 yaşlı ana axtarışa verilib. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...